CƏMİYYƏT


Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir

Azərbaycanda martın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Gün ərzində qərb, şimal-qərb küləyi güclənəcək.