MÜSAHİBƏ


ABŞ səfiri: Ümid edirəm ki, “Amerika guşəsi” Şəkidə turizm və digər sahələrin inkişafına öz töhfəsini verəcək

Bu gün, İlaxır çərşənbədə gözəl Şəki şəhərində Azərbaycandakı 6-cı “Amerika guşəsi”nin açılışını etməkdən çox məmnunam. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyi, həmçinin Azərbaycanın müstəqilliyini bərpa etməsinin 30 illiyində bu guşənin açılışını etməkdən çox şadam.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Amerika guşəsi”nin açılışı münasibətilə keçirilən mərasimdə jurnalistlərə müsahibəsində deyib.