MÜSAHİBƏ


Bağdad Amreyev: Türk Dövlətləri Təşkilatı türkdilli dövlətlərin diaspor təşkilatları ilə təmaslarını davam etdirir

Bildiyiniz kimi, on milyonlarla türk xaricdə yaşayır və fəaliyyət göstərir. Bu rəqəm yalnız xarici ölkələrdə fəaliyyət göstərən türklərə şamil olunur. Onlardan başqa, bu ölkələrin vətəndaşı olan soydaşlarımız da var. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız özündə iyirmi milyondan artıq türkü birləşdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev bildirib.