MÜSAHİBƏ


Bursada dərnək sədri: Türk dünyasının mədəniyyət paytaxtı estafetinin Bursadan Şuşaya keçməsi sevincimizi ikiqat artırır

Bursa türk dünyasının mədəniyyət paytaxtı olmağa tam layiqdir. Bursa ilə Şuşa şəhərlərinin görünüşündə böyük oxşarlıqlar var. Estafetin Bursadan Şuşaya keçməsi sevincimizi ikiqat artırır.Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı” və “Azərbaycan Deyincə” dərnəklərinin sədri Hüseyn Vəliyev ifadə edib.