MÜSAHİBƏ


Georgi Mamulya: “Məşəli qoruyub saxlamaq” kitabı Azərbaycanın Cənubi Qafqazda əsas rolunu, vacib yerini göstərir

Azərbaycan mühacirətinə dair kitabın hazırlanması ideyası Ramiz Abutalıbova məxsusdur. 2010-cu ildə Ramiz Abutalıbovla ilk görüşümüzdə o, mənə Azərbaycan mühacirət tarixi ilə çox maraqlandığını bildirdi. Birlikdə bu kitabı ərsəyə gətirdik.Bu fikirləri Azərbaycan mühacirətinin siyasi tarixindən bəhs edən (1920-1940) “Məşəli qoruyub saxlamaq” adlı kitabın həmmüəllifi, tarix elmləri doktoru Georgi Mamulya həmin kitabın Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində səfirliyimiz tərəfindən təşkil olunmuş təqdimatından sonra AZƏRTAC-a müsahibəsində deyib.