MÜSAHİBƏ


İdris Məmmədov: Otuz ildən sonra Qarabağa qayıtdığımız, kilsədə ibadət etdiyimiz üçün çox şadıq

Pasxa bayramı dünya xristianlığı üçün çox önəmli bayramdır. Bu bayram azadlıq bayramıdır. Bu gün biz işğaldan azad olmuş torpaqlara ibadət etmək üçün gəlmişik. Otuz ildir ki, bu günü gözləyirdik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad olunan Xocavənd rayonunun Hünərli kəndinə səfər edən “Alov” Xristian Dini İcmasının sədri İdris Məmmədov söyləyib.