MÜSAHİBƏ


İran səfirliyinin əməkdaşı: Dini-mənəvi yerləri, dini abidələri bu hala salanlar insanlıqdan uzaqdırlar

Ağdamda gördüklərimdən çox kədərləndim. Burada dini-mənəvi ziyarətgahlar dağıdılıb. Bu yerlər təkcə Azərbaycan üçün deyil, bəşəriyyət üçün də önəmlidir. Xurşidbanu Natəvanın qəbirüstü abidəsi, Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksini gördüm, hamısı pis vəziyyətə salınıb.Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdama səfər edən İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan deyib.