MƏDƏNİYYƏT


Norveçdə Azərbaycan milli geyimləri nümayiş olunub

Norveç paytaxtında, Azərbaycan milli geyimlərindən ibarət moda nümayişi təşkil olunub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Oslo Azərbaycan evi tərəfindən bu şəhərdə yerləşən Soria Moria tədbir mərkəzində reallaşan tədbir, “Şuşa İli” çərçivəsində 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunub.
Mərasimində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilovanın, yeni "Xarı bülbül" və "Qarabağ" milli üslublu qadın geyim kolleksiyalarının nümayişi də keçirilib.