İDMAN


Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib

İyunun 12-də Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının səkkizinci – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib.
Açılış mərasimində “Lumineux” vokal xor ansamblı Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib.
Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.