MƏDƏNİYYƏT


Şəmkirli rəssam Selçuk Bayraktara onun portretini hədiyyə edib

“TEKNOFEST Azərbaycan” festivalı başa çatsa da, bu tarixi hadisə insanların yaddaşında xoş təəssüratlarla yadda qaldı. Şəmkirdə yaşayıb-yaradan incəsənət nümayəndəsi, rəssam Fərman Hüseynov “TEKNOFEST”in keçiriləcəyi günü səbirsizliklə gözləyənlərdən biri olub. Məqsədi isə Selçuk Bayraktarla görüşmək və ona onun portretini təqdim etmək idi.AZƏRTAC xəbər verir ki, 67 yaşlı rəssam Fərman Hüseynov ölkədə tanınmış fırça ustalarından biridir. Bütün işini evinin alt mərtəbəsində yaratdığı emalatxanada görür. Əslində miniatürçü rəssam olan Fərman Hüseynov son illər yaradıcılığında vətənpərvərlik mövzusuna daha geniş yer verir.