MÜSAHİBƏ


Quido Ambroso: Ümid edirəm ki, tezliklə məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının icrasına başlayacağıq

Tərtərdə məcburi köçkünlər və münaqişədən ziyan çəkmiş insanlara yüksəkkeyfiyyətli eynəklərin paylanışı prosesi gedir. Bu aksiya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən təşkil olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkürümüzü bildiririk. Agentliyin ayırdığı oftalmoloqlar tərəfindən iki minə yaxın insanın göz müayinəsindən keçirilməsi nəzərdə tutulur və onlara Yaponiyadan göndərilmiş optik eynəklər paylanır.Bunu Tərtər rayonunda məcburi köçkün ailələri üçün tibbi aksiyada iştirak edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso jurnalistlərə müsahibəsində deyib.