MÜSAHİBƏ


Bilal Çakıcı: Şuşa türk dünyasının parlayan ulduzu olaraq hamımızı qürurlandırır

“Türk dünyasının mədəniyyət paytaxtı” TÜRKSOY-un həyata keçirdiyi strateji mədəniyyət layihələri sırasında zirvədə dayanır. Qazaxıstanın Astana şəhərindən start götürən bu layihə böyük inkişaf yolu keçib. Bursadan sonra türk dünyasının mədəniyyət paytaxtı missiyasının qədim Şuşaya keçməsi bizim üçün tarixi əhəmiyyət daşıyan hadisədir. Şuşa türk dünyasının parlayan ulduzu olaraq hamımızı qürurlandırır.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Bilal Çakıcı ifadə edib.