MÜSAHİBƏ


Vüqar Kərimov: Haqlı tələblərimiz təmin olunana qədər aksiyalar davam etdiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq məqsədilə Şuşaya yollanıb. Təəssüf ki, hələ də monitorinq üçün şərait yaradılmır. Nəticədə bu gün səhər saatlarından Azərbaycanın bir çox qeyri hökumət təşkilatlarının nümayəndələri və ekoloji aktivistlər orada piket keçirərək Rusiya sülhməramlılarına öz etirazlarını bildirirlər. Əsas məqsəd yataqların qanunsuz istismarının dayandırılması, dəymiş ziyanının hesablanması, ətraf mühitə təsirlərin qiymətləndirilməsi ilə bağlı monitorinqlərin aparılmasına şəraitin yaradılmasıdır.AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.