DÜNYA


Gürcüstan parlamentində dava düşdü

Gürcüstan parlamentində hakim çoxluğun dəstəklədiyi “xarici agentlər haqqında” qanun layihələrinin müzakirəsi başlayıb. Ancaq Hüquq komitəsinin iclası zamanı “Gürcü arzusu”nun deputatları ilə müxalifət arasında toqquşma olub. Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili və Vahid Milli Hərəkatdan olan deputat Giorgi Botkoveli, həmçinin “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze komitənin iclas zalından zorla çıxarılıblar.