MƏDƏNİYYƏT


Kurqan şəhərində Ümummilli Liderin 100 illiyinə həsr olunmuş muğam gecəsi

Rusiyanın Kurqan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan muğam gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu və Kurqan vilayətindəki “Odlar yurdu” Milli-Mədəni İctimai Təşkilatının dəstəyi ilə keçirilən muğam gecəsində Azərbaycanın Xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun möhtəşəm ifaları səslənib.