RƏSMİ


Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan bu dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmir yolu təkxətlidir və elektrikləşdirilməyib. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Dəmir yolunun üzərində 3 körpü inşa olunacaq. Yolun keçdiyi ərazi minalardan təmizlənib.