SİYASƏT


Jurnalistlər azad edilmiş bölgələrdəki hərbi tibb müəssisələrində olublar

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilmiş ərazilərdə yerləşən hərbi tibb müəssisələrinə media-tur təşkil edilib.
Media nümayəndələri bu ərazilərdəki tibb müəssisələrində yaradılan şəraitlə tanış olub, hərbi həkimlərin fəaliyyətini izləyib, çəkilişlər aparıb, həmçinin tibb personalı və müalicə olunan hərbçilərdən müsahibələr götürüblər.