SİYASƏT


Müdafiə Nazirliyi: Bu ay 640 hektaradək ərazi minalardan tam təmizlənib

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərimizdə bu il iyun ayı ərzində 640 hektaradək ərazi minalardan tam təmizlənib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 31 min 334 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 min 206 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10446 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.