İQTİSADİYYAT


Kərimli avtomobil yolunun Oğuz hissəsi yenidən qurulub

M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən ayrılan respublika əhəmiyyətli Kərimli avtomobil yolunun Oğuz hissəsinin yenidən qurulması işləri yekunlaşıb.
Müvafiq olaraq yolun hərəkət hissəsi 7, hər istiqamət üzrə çiyinlərin eni 2.5 metr təşkil edir.