SİYASƏT


MN: Ordumuzun Laçın, Xocavənd, Şuşa və Xocalıdakı mövqeləri atəşə tutulub

İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.