SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda növbəti “Zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Məhəmməd Həsənov məzunları təbrik edib və ölkəmizdə aparılan ordu quruculuğundan danışıb. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra da ordumuzun döyüş hazırlığı və psixoloji səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığının artırılması, maddi-texniki bazanın inkişaf etdirilməsi diqqətdə saxlanılır.