SİYASƏT


Azərbaycan ilə Qırğızıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

İyulun 6-da Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.