SİYASƏT


XTQ-nin şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.