SİYASƏT


“Azərbaycan Ordusu Heydər Əliyev zəkasının işığında” adlı tədbir keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Azərbaycan Ordusu Heydər Əliyev zəkasının işığında” adlı tədbir keçirilib.
Müdafiə nazirliyinin rəsmiləri, xüsusi təyinatlı təhsil müəssisələrinin, Bakı Qarnizonundakı qoşun növləri və hərbi hissələrin nümayəndələri əvvəlcə “Heydər Əliyev muzey – lektoriyası”nda Ulu Öndərin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.