SİYASƏT


Culfa rayonu istiqamətindəki mövqelərimiz atəşə tutulub

Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.