İDMAN


Şəhid jurnalistlərin xatirəsinə ikinci futbol turniri start götürüb

Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş ikinci ənənəvi futbol turnirinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan turnirin təşkilatçısı və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib ki, Azərbaycan tarixən çətinliklər görüb və ərazi bütövlüyünün bərpası yolunda şəhidlər verib: “Bu sırada jurnalistlərimiz də var. Müharibə dövründə 9 jurnalist şəhid olub. Turnirin təşkilində məqsəd həm şəhidləri yad etmək, həm də idmanın təbliğidir”.