İDMAN


Çempion şahmatçılar: Qələbəmizlə fəxr edirik

İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında şahmat üzrə dünya çempionatı keçirilib. Azərbaycan şahmatçısı Gövhər Beydullayeva rapid üzrə dünya çempionatında 11 oyundan 9 xal toplayaraq mundialı birinci pillədə başa vurub. Şahmatçı Məhəmməd Muradlı isə blits üzrə dünya çempionu olub o, 11 oyundan 9,5 xal toplayaraq qızıl medal qazanıb. Yarışmanın bağlanış mərasimində çempion şahmatçıların şərəfinə iki dəfə Azərbaycan himni səsləndirilib. Onlar öz təəssüratlarını AZƏRTAC-la bölüşüb.