SİYASƏT


“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimində aviasiya vasitələri ilə müxtəlif tapşırıqlar məşq etdirilir

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.