İDMAN


Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına qalibiyyətlə başlayıb

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, komanda debüt matçında İraq seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan seçməsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komandanın heyətində qolları Mirmehdi Rzayev və Elvin Əlizadə vurublar.