İDMAN


Dünya çempionatı: Azərbaycanın minifutbol yığması bürünc medal uğrunda mübarizə aparacaq

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib. Yığma yarımfinalda Qazaxıstanla qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.Elşad Quliyevin başçılıq etdiyi komandadan hər iki qolu Eşqin Tağıyev vurub. Bu nəticədən sonra Qazaxıstan yığması finala yüksəlib. Azərbaycan millisi isə bürünc medal uğrunda mübarizə aparacaq.