İDMAN


Bakıda Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib

Noyabrın 5-də Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalının və çövkən oyunu üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutan açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmanının sürətlə inkişaf etdiyini deyib. Ölkəmizdə atçılıq idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının rəhbərliyinə minnətdarlığını ifadə edən nazir bu baxımdan Milli Atçılıq Festivalının və çövkən oyunu üzrə dünya çempionatının önəmini xüsusi vurğulayıb.