İDMAN


Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Qazaxıstana qalib gəlib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatında II turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə 3 qarşılaşma baş tutub.
İlk görüşdə Azərbaycan və Qazaxıstan yığmaları üz-üzə gəlib. Matç Azərbaycan seçməsinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.