İDMAN


Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu gün çövkən üzrə dünya çempionatının üçüncülük uğrunda və final oyunları keçirilib.
Günün ilk, çempionatın yeddinci matçı Özbəkistan və Polşa, final oyunu isə Azərbaycan və Mərakeş komandaları arasında olub.