İDMAN


Türkdilli dövlətlərin beynəlxalq badminton turnirinə yekun vurulub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin beynəlxalq badminton turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular Şamaxı İdman Olimpiya Kompleksində keçirilən yarışda 5 kateqoriya üzrə qalibləri müəyyənləşdiriblər.