İDMAN


Yaşıl meydanlar onlara ikinci həyat bəxş edib
Kəpəz Amputant Futbol Klubundan REPORTAJ

“Futbola hələ kiçik yaşlarımdan marağım vardı. Mina partlaması nəticəsində bir ayağımı itirdikdən sonra tamamilə hər şeydən uzaqlaşdım. Sanki həyatdan küşmüşdüm. Amputant Futbol Klubu barədə dəfələrlə atama demişdilər. Ancaq inanmırdım ki, bir ayaqla futbol oynamaq olar. Buraya gəldikdən sonra hər şey tamamilə dəyişdi. Sanki yenidən həyata qayıtdım. İndi özümü sağlam insanlardan zərrə qədər də fərqli hiss etmirəm”.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Kəpəz” Peşəkar Futbol Klubunun nəzdində fəaliyyət göstərən “Kəpəz” Amputant Futbol Klubunun və ölkə yığmasının üzvü Hüseyn Hüsenov deyib.