İDMAN


Bərdədə yeni futbol klubu yaradılıb, stadionun təmirə ehtiyacı var

Ölkəmizdə son illər idmanın digər növləri ilə yanaşı, futbol da inkişaf edir. Paytaxtla yanaşı, bölgələrdə də futbol klubları yaranır və ölkə çempionatlarında uğurla təmsil olunurlar. Uzun fasilədən sonra Bərdə rayonunda da futbol klubunun yaranması bərdəlilərin, futbolsevərlərin sevincinə səbəb olub. Lakin şəhər stadionu illərdir istifadəsiz qaldığından yararsız vəziyyətə düşüb.