İDMAN


Canni De Byazi səhvlərdən danışdı

İsveç FİFA reytinqində 23-cü yerdədir, biz isə aşağı pillələrdəyik. Buna baxmayaraq, heç kim deyə bilməz ki, meydançada əlimizdən gələni etmirik. Ürəyimizi ortaya qoyuruq. Müdafiədə və ya hücumda səhvlər edirik, bu, bizə baha başa gəlir. AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.