SİYASƏT


DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Keçirilən mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin döyüş bayraqları sıra meydanına gətirilib, Dövlət Himni ifa edilib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.