İDMAN


Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları arasında voleybol birinciliyi keçirilib

Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən voleybol birinciliyi başlamazdan əvvəl çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Vahid Məmmədov hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması, güclü idmançı və komandaların müəyyən edilməsi məqsədilə təşkil olunan idman yarışlarının əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.