İDMAN


Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı

Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Kompleksində hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksəkrütbəli hərbçilər və beynəlxalq idman aləminin tanınmış simalarının iştirak etdiyi mərasimdə əvvəlcə hərbçilərin paradı olub.