İDMAN


Hərbçilər arasında çempionat başa çatdı CANLI

Dövlət Sərhəd Xidmətinin (DSX), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar. AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan tədbirdə qaliblərə medal və kubokları DSX-nin rəis müavinləri Araz Məmmədov və Rəsul Tağıyev, Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede təqdim ediblər. Yarışın son günündə Azərbaycanın yunan-Roma güləşçiləri 3 medal qazanıblar. Bununla da Azərbaycan güləşçiləri dünya çempionatını 21 medalla başa vurublar.