SİYASƏT


Şəhidlərin xatirəsi anılıb

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi qəhrəmanları Elçin Mansurov, Adil İbrahimli, həmçinin şəhid Rəşad Quliyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, institutun zabit, müəllim və kursant heyəti, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.