İDMAN


Bakıda idman avtomobillərinin sərgisi olub

Bakıda keçirilən Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimi günlərində FIA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi olub.
AZƏRTAC xəbər verir ki, sərgi FIA-nın tədbirlərinin keçirildiyi məkanlardan biri - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub.
Burada 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatında (World Rallycross Championship) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş etdirilib.