SİYASƏT


Əcnəbi ekspertlər təəssüratlarını bölüşdü

Zəngilan səfəri məndə çox böyük təəssürat yaradıb. Azərbaycanda bu cür genişmiqyaslı bərpa-quruculuq işlərinin birinci dəfədir şahidi oldum. Bu sözləri “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib.