SİYASƏT


Prezident: Qarabağ erməniləri ilə bağlı verdiyimiz bəyanat və atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar

Öz evlərini tərk etmiş insanlara (Qarabağ erməniləri – Red.) gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilər.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.