İDMAN


Daha bir məşqçi postunu tərk etdi

“Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev vəzifəsindən ayrılıb. Klubdan AZƏRTAC-a verilən məlumata görə, şimali makedoniyalı mütəxəssis ailə vəziyyəti ilə əlaqədar olaraq komandanı tərk edib. “Sabah” klubu gördüyü işlərə görə ona təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, “Sabah” komandası Azərbaycan basketbol tarixində ilk dəfə olaraq B. Mitevin rəhbərliyi ilə FIBA Avropa kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.