ORDU


Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində tədbir keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Hərbi kollektivdə münasibətlərin və fəaliyyətin psixologiyası, gənc əsgərlərin hərbi xidmətə sosial-psixoloji adaptasiyası” mövsusunda tədbir keçirilib. Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov, Məhkəmə Ekspertiza Mərkəzinin Psixoloji Ekspertiza bölməsinin rəisi Valeh Fərəcov, bölmənin böyük eksperti Fariz Səyyadov və Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzinin direktoru Çapay Quliyev çıxışlarında bildiriblər ki, bu gün Azərbaycan Ordusunda gənclərin mənəvi dəyərləri ən vacib məsələlərdən biri sayılır və hərbi xidmətin gənclərə Vətənə, dövlətə, xalqa xidmət kimi təbliğ edilməsi hərbi xidmət şəraitini, onların fəaliyyətini, şəxsiyyətini və sosial-psixoloji adaptasiyasını şərtləndirir.