SİYASƏT


Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

Əlahiddə Ümumqoşun Orduda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin zəngin ömür yolundan və ordu quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən danışıb, Azərbaycanın rifahı naminə, o cümlədən beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində gördüyü işlər barədə geniş məlumat veriblər.