SİYASƏT


AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Dekabrın 12-si Ulu Öndər Heydər Əliyevin anım günüdür. Hər il olduğu kimi, bu il də həmin gün Azərbaycan xalqı öz dahi oğlunun xatirəsini dərin ehtiramla anır. İnsanlar axın-axın Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarı üzərinə güllər düzür, Vətən və xalq qarşısındakı xidmətlərini minnətdarlıq duyğuları ilə xatırlayırlar.