SİYASƏT


Macarıstanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Budapeştdəki Azərbaycan Evində Macarıstanda təhsil alan azərbaycanlı gənclər ilə keçirilmiş görüş Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad edilməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Ümummilli Lider Heydər Əliyevin dövlətimizin gənclər siyasətinə verdiyi töhfələrdən danışıblar.